Bakıda inzibati bina və avtomobil yanıb
Bizi izləyin

Qırmızı.az

Bakıda inzibati bina və avtomobil yanıb

Bakıda inzibati bina və minik avtomobili yanıb.

Bakıda inzibati bina və minik avtomobili yanıb.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binanın 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm