• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İcra başçısı: "Şəhid ailələri üçün yeni yaşayış binası tikiləcək"

İcra başçısı: "Şəhid ailələri üçün yeni yaşayış binası tikiləcək"

Gəncədə şəhid ailələri və müharibə əlilləri üçün yeni hündür mərtəbəli bina tikiləcək. Bunu Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev 20 yanvar şəhidlərinin anım mərasimində bildirib.

O, qeyd edib ki, Gəncədə şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış binasının inşasına başlanacaq və bununla da şəhərdə sözügedən kateqoriyadan olan vətəndaşların mənzil problemi birdəfəlik həllini tapacaq.

E. Vəliyev həmçinin qeyd edib ki, Gəncədə şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır. Onların sosial-məişət, mənzil problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.

Gəncədə 20 yanvar şəhidlərini anmaq üçün bu gün “Şəhidlər Xiyabanı”da matəm mitinqi təşkil olunub. Matəm mitinqinə şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb. İlk olaraq şəhidlərin ruhuna dualar oxunub. Sonra şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət edib önünə tər çiçək dəstələri düzərək öz ehtiramlarını bildiriblər.

Qeyd edək ki, anım günlərində respublikamızın hər yerində olduğu kimi şəhərimizdə də bir sıra tədbirlər keçirilib. /Gun.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR