Bəzi rayonlarda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bəzi rayonlarda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Xızı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tərtər və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm