Bakıda böyük tıxac yarandı
Bizi izləyin

Qırmızı.az

Bakıda böyük tıxac yarandı

Bakının ən böyük prospektlərindən birində böyük tıxac yaranıb. Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, səhər saatlarından başlayaraq Nobel prospektində ucu-bucağı görünməyən tıxac var. Avtomobil sıxlığı “Nargilə” kafesinin yanından başlayıb. Hadisə şahidləri deyir ki, həmin ərazidə dağılan yolun təmir işləri görülür.


Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.



Lakin məsələyə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev aydınlıq gətirdi. Onun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda yolda təmir-bərpa işləri aparılır. Həmin istiqamətdə yolun bir hissəsi bağlıdır. "Səhər saatlarında ərazidən maşın çox keçir. Bu səbəbdən ola bilsin ki, tıxac yaranıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm