Hansı küçələrdə tıxac var?
Bizi izləyin

Qırmızı.az

Hansı küçələrdə tıxac var?

Hansı küçələrdə tıxac var?

Hazırda paytaxtın bir neçə küçə və prospektlərində tıxac müşahidə edilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən publika.az-a verilən məlumata görə, Zərifə Əliyeva küçəsində Neftçilər prospekti istiqamətində tıxac, Heydər Əliyev prospektindən şəhər istiqamətində orta yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Buna səbəb isə avtomobillərin sayının çox olmasıdır.

NİİM-dən bildirdilər ki, Tbilisi prospektində Heydər Əliyev adına İdman Kompleksinin qarşısında avtomobil çoxluğu, Həsən Əliyev küçəsində “Azərsu” ASC-i tərəfindən təmir işlər ilə əlaqədar tıxac müşahidə edilir. Bundan başqa, “Gənclik” metrostansiyası ətrafında da nəqliyyatın hərəkətində sıxlıq var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm