Qırmızı.az
Prezident: "Açıq cəmiyyət - hər bir üzvünün rahat olduğu cəmiyyətdir" - (YENİLƏNDİ)
Dövlət başçısı qonaqlara Azərbaycanda keçirdikləri günlərin uzun müddət onların yaddaşlarında qalacağına ümidvar olduğunu bildirib.
İlham Əliyev bəyan edib: "Burada Azərbaycana ilk dəfə səfər edən
qonaqlarımız da var. Ümidvaram ki, bizim tariximiz, mədəniyyətimiz,
ölkəmiz haqqında yaxşı təəssüratlarınız olacaq".
Azərbaycan Prezidenti forumun qonaqları sırasında çoxsaylı keçmiş
dövlət və hökumət başçılarını xüsusi salamlayıb. Dövlət başçısının
fikrincə, onların bu tədbirdə iştirakı Bakı forumunun nə dərəcədə
əhəmiyyətli olduğunu göstərir.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanla yaxşı tərəfdaşlıq
etdiyinə görə Madrid Klubuna (Club de Madrid) təşəkkürünü bildirib:
"Bizim əməkdaşlığımız bir neçə il əvvəl qurulub və bu, çox
məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış qurum
kimi olduqca qısa müddət ərzində artıq nüfuzlu beynəlxalq təsisata
çevrilmişdir və Madrid Klubu ilə birlikdə bu cür toplantıları
təşkil edir".
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzini
dəstəkləyən hər kəsə minnətdarlığını bildirib. Dövlət başçısı deyib
ki, bu qurum görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını
daşıyır. Prezident vurğulayıb ki, Nizami Gəncəvi müdrikliyin,
Azərbaycan xalqının istedadının rəmzi olub.
İlham Əliyevin sözlərinə görə, forumun gündəliyi çox genişdir və
həyatımızın bir çox mühüm aspektlərini, bizim gələcəyimizi əks
etdirir. Dövlət başçısı qeyd edib ki, bu gün və sabah keçiriləcək
sessiyalar zamanı artıq görülmüş işlər haqqında danışılacaq, eləcə
də hər kəsin bərabər imkanlarının təminatı və ləyaqətli həyat
səviyyəsi üçün görüləsi işlər barədə mühüm bəyanatlar
veriləcək.
Azərbaycan Prezidenti deyib: "Açıq cəmiyyət - hər bir üzvünün özünü
rahat hiss etdiyi, layiqli yaşadığı, iş yerləri ilə təmin olunan və
öz uşaqlarının gələcəyinə əmin olduğu cəmiyyətdir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün cəmi
22 yaşı olmasına baxmayaraq, bu qısa tarixi zaman kəsiyində ölkə
müxtəlif dövrləri yaşayıb. Əvvəlcə çoxlu siyasi və iqtisadi
problemlər oldu, indi isə Azərbaycan iqtisadiyyatı dünyada ən
sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bu dəyişikliklər
hamımızın gözü qarşısında baş verib: "Biz bu prosesin bir hissəsi
olduğumuza və Azərbaycanın müasir dövlətə çevrilməsində fəal
iştirak etdiyimizə görə şadıq".
****
“BMT-nin qəbul etdiyi 4 qətnamədə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib".
Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində işə başlayan II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bilidirib.
Daha sonra dövlət başçısı deyib: "Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır. Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb. Hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur. Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib”. Prezident bəyan edib ki, 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb: “Biz dayanıqlı inkişafa nail olmalıyıq”.
Vasif Həsənli
****
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya
Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və
digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində bu gün Bakıda II
Qlobal Açıq Cəmiyyətlər Forumu işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev
forumun açılış mərasimində iştirak edib.
Qeyd edək ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın
davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57
ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı
nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət
və hökumət başçılarının, o cümlədən Latviyanın keçmiş prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun
vitse-prezidenti Vike Vayra-Freyberqa, İsgəndəriyyə Kitabxanasının
direktoru İsmail Serageldinin iştirakı gözlənilir.
Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları,
iqtisadi dayaqlar, mürəkkəb situasiyalarda münaqişələrin həlli
üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün
multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər
mühüm məsələlərin müzakirəsi daxil edilib.
Forum çərçivəsində daxili iqtisadi artım siyasəti ilə əməli iş,
yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər
imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun
gücləndirilməsi, habelə davamlı inkişafa nail olmaq istiqamətində
təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və
yaşıl enerjinin vəhdəti məsələləri ətrafında geniş müzakirələrin
aparılması planlaşdırılır.
Açıq Cəmiyyətlərin mürəkkəb situasiyalarda münaqişələrin həllinə
dair müzakirələrdə isə məruzəçilər münaqişələrin həlli və sosial
inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya
və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola
biləcək əsas prinsipləri barədə fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı
2013-cü il mayın 6-8-də Bakıda keçirilib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO