Şok: polis tələbəni boğdu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Şok: polis tələbəni boğdu - FOTOLAR

ABŞ-dakı Tennesi Universitetinin tələbəsi 22 yaşlı Carod Dotson huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Onun belə vəziyyətə düşməsinin səbəbkarı isə təhsil aldığı Tennesi Universitetinin tələbələrinin təşkil etdikləri əyləncə gecəsində içib sərxoş olması və bu səbəbdən polis hücumuna məruz qalmasıdır.


Polis əməkdaşı Dotsonu saxlayarkən onu boğub və nəticədə tələbə huşunu itirərək yıxılıb. Polisdən verilən məlumata görə, Carod Dotson polisin tələblərinə tabe olmayıb, asayiş keşikçilərinə müqavimət göstərib.


"Tələbələr içib sərxoş olandan sonra şəhər küçələrində xuliqanlıq ediblər, iğtişaş yaradıblar. Onlar polisə pivə butulkaları da atıblar. Bir neçə tələbə həbs olunub", - Noksvill şəhər polis departamentinin açıqlamasında deyilir.

Hadisənin baş verdiyi Noks bölgəsinin şerif departamenti isə heç bir açıqlama verməyib.

Carod Dotson Fort-Andersdə, 21-ci və Laurel küçələrinin kəsişməsində həbs olunub, biləklərinə qandal vurulub.


Olayın fotolarını çəkən fotoqraf Con Messnerin dediyinə görə, tələbələr sərxoşdular və polisə pivə butulkaları atırdılar.

Baş vermiş olay qalmaqal yaradıb. Noksvill bölgəsinin şerifi Cimmi Cons ilə yanaşı, daha 5 polis zabitinin rütbələri aşağı salınıb./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm