"Nizami Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir"
Bizi izləyin

Qırmızı.az

"Nizami Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir"

"Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir"

Publika.az-nın məlumatına görə, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa bildirib.

Onun sözlərinə görə, əgər Nizami Gəncəvi irsinin davamçılarıyıqsa, onun yaradıcılığından istifadə edib, stereotipləri aradan qaldırmalıyıq: "Bu gün forumda iştirak edənlər beynəlxalq münasibətlərin inkişafında maraqlı olan insanlardır: “Biz bir araya toplaşırıqsa, dünyanın müxtəlif yerlərində qan tökülməsinin qarşısının alınması üçün məsləhətlər verməliyik. Çünki qətlə yetirilən insanlar yaşamaq hüququndan məhrum olurlar.

Biz 2000-ci ildə BMT-nin Minilliyin İnkişafı Proqramını qəbul edərkən bu hadisələrin baş verəcəyinə inanmırdıq. Saysız-hesabsız konfranslar keçirilir. Ancaq mən prezident İlham Əliyevə təşəkkür edirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla bağlı tədbirin keçirilməsinə dəstək verəcəyini bildirib. Bu, əslində BMT səviyyəsində tədbirdir.

Biz dialoq vasitəsilə müəyyən etməliyik ki, açıq cəmiyyət nə deməkdir. Biz BMT çərçivəsində mexanizmlər müəyyən etməliyik ki, ölkələrin ərazi bütövlüyü qorunub saxlanılsın. Hökumətlərin insan ləyaqətinə hörmət etməsinə, toplaşmaq, fikir azadlığına daha fəal yanaşmalarına nail olmalıyıq.

Burada diplomatik yox, dostlar arasında mehriban söhbətlər aparırıq. Bu, yeni formalaşan siyasətçilər nəsli tərəfindən istifadə edilə bilər. Biz dünyanın yaxşıya doğru dəyişməsinə çalışmalıyıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm