Qırmızı.az
QHT-lər nazirlikdə akkreditasiyadan keçdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş daha 3 qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatları təqdim olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a
verilən məlumata görə, həmin təşkilatlar “İnsan Hüquqları Üzrə
Maarifləndirmə İctimai Birliyi”, “Uşaq Fondlarının Beynəlxalq
Assosiasiyası “Azərbaycan Uşaq Fondu”nun Gəncə şəhər Təşkilatı və
Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətidir.
Attestatların təqdim olunması tədbirində əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri
İlqar Rəhimov bununla akkreditasiya olunmuş qeyri-dövlət yardım
mərkəzlərinin sayının 7-yə çatdığını qeyd edib.
İ.Rəhimov bildirib ki, KİV-lərdə müvafiq elanlar verildikdən sonra akkreditasiya üçün 10-dək təşkilat nazirliyə müraciət edib. Nazirlikdə yaradılmış, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin sənədləri diqqətlə araşdırılır. Onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması əsas meyarlar kimi diqqətdə saxlanılır. Bu təşkilatların akkreditasiyası həm də onların fəaliyyətinə dövlət nəzarətinin tətbiqinə, onlarla müvafiq məlumat mübadiləsinə və məişət zorakılığından zərər çəkmiş şəxslər barədə gələcəkdə məlumat bankının yaradılmasına imkan verir. Eyni zamanda, belə təşkilatlardan müsbət iş təcrübəsi ilə seçilənlərə gələcəkdə müvafiq qruplardan olan şəxslərə sosial xidmətlər göstərilməsi üçün sosial sifarişlər də verilə bilər.
Tədbirdə qeyd olunub ki, artıq Bakı, Gəncə, Sumqayıt şəhərlərində ümumilikdə 7 qeyri-dövlət yardım mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi və s. istiqamətlərdə fəaliyyət göstərirlər. Məişət zorakılığından zərər çəkmiş şəxslər həmin mərkəzlərin xidmətlərindən istifadə edə bilərlər.
Bu mərkəzlər barədə ətraflı məlumatlar nazirliyinrəsmi www.mlspp.gov.az saytında yerləşdirilib. Saytın ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsinə daxil olmaqla, həmin mərkəzlərin yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. barədə məlumat əldə etmək olar.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL