Sərnişin avtobusu aşdı: 7 ölü, 22 yaralı
Bizi izləyin

Qırmızı.az

Sərnişin avtobusu aşdı: 7 ölü, 22 yaralı

İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.

Trend-in İranın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib. Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm