Nazim İbrahimov Bakı forumundan DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Nazim İbrahimov Bakı forumundan DANIŞDI

Nazim İbrahimov Bakı forumundan DANIŞDI

"Bakı şəhərinin günü-gündən gözəlləşməsi, ölkənin sürətli inkişafı, əhalinin sosial rifahı yüksəlməsi, insanlara qayğı dövlətləri, siyasi, ictimai xadimləri dünyanı narahat edən qlobal problemləri Bakı şəhərində müzakirə etmək istəkləri paytaxtda 2-ci dəfə Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi keçirilməsinə səbəb olub".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Komitə sədri deyib ki, artıq Forum öz işinə müvəffəqiyyətlə başlayıb: "Bu gün və sabah 2 gün ərzində yəqin ki, dünyanın bir çox narahat edən qlobal problemləri müzakirə olunacaq, onun həlli yolları tapılacaq və gələcəkdə Azərbaycan Respiublikası da bu işdə öz töhfəsini verəcək. Dünyanın 50-dən çox ölkəsindən gələn yüksək səviyyəli dövlət xadimlərinin bu Forumda iştirakı bir daha onu əsas verir deyək ki, Azərbaycan Respublikasının tanıdılması istiqamətində Forumun böyük əhəmiyyəti var. Buraya gələn insanlar öz ölkələrinə on illərlə rəhbərlik etmiş insanlardır, həmin ölkələrin bütün əhalisi tərəfindən seçilmiş, öz ölkələrində tanınan, sayılan, seçilən insanlardır. Həmin insanların buradan qayıdıb öz ölkələrində Azərbaycan, Bakı şəhəri haqqında, burada inkişaf barədə, Azərbaycanda yürüdülən siyasət haqqında dedikləri xoş fikirləri rəğbətlə qarşılanacaq. Bu da Azərbaycanın tanıdılması üçün çox mühüm hadisədir. Bu iki gün ərzində regionlardan baş verən münaqişələr də daxil olmaqla bir çox problemlər müzakirə olunacaq. Burada Azərbaycan nümayəndə heyətinin çıxışı nəzərdə tutulub. Ötən ildən fərqli olaraq bu il Azərbaycan tərəfindən çıxışlar var. biz istəyirik ki, gələn qonaqlarımıza Azərbaycanda gedən proseslər haqqında daha ətraflı brifinq verək və müzakirə edək. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemini, Azərbaycanda qaçqınların acınacaqlı vəziyyətini, Azərbaycana qarşı olan bu ikili standart məsələsini bir dahadünya ictimiayətinin diqqətinə çatdırmağa nail olaq. Güman edirəm ki, bu Forum bu işdə bizə çox yardımçı olacaq.

Bu dəfəki Forumu ötən il keçirilən analoji tədbilə müqayisə edən Dövlət komitəsinin sədri deyib ki, bu il Foruma gələn iştirakçıların bir çoxu səmimi olaraq etiraf edirlər ki, keçən il forumagələndə onlarda müəyyən inamsızlıq vardı. Suallar doğurdu ki, hara, nə üçün gedirik? Bu qlobal problemlərin həlli üçün niyə bakı şəhəri seçilib? Amma artıq indi o fikirlər yoxdur. Gələn hər kəs artıq əmindir ki, həqiqətən də bakı bir beynəlxalq mərkəzdir. bi bu forumları artıq daimi olaraq hər il keçirməyi nəzərdə tuturuq. Gələn ilki və sonrakı forumlar daha geniş, daha böyük auditoriya olacaq və Azərbaycan daha çox tanıdılacaq. Əsas fərq ondan ibarətdir ki, yenə Azərbaycan dünyada, ətrafımızda baş verən bu qədər problemlərin, kataklizmlərin olduğu dövrdə Azərbaycan stabil ölkə kimi dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib. Burada münaqişələr məsələlərinin müzakirə olunduğu sessiyada dünyanın müxtlif ölkələrində baş verən müəyyən problemlər müzakirə olunacaq. Azərbaycan nümayəndələri olaraq bizim əsas məqsədimiz belə bir auditoriyada Dağlıq Qarabağ məsələsini müzakirə etməkdir. Bu məqsədlə Azərbaycanın xarici işlər nazirinin müavini bu barədə brifinq verəcək. Forumda hər hansı konkret sənəd qəbul olunmayacaq, lakin burada söylənilən hər bir fikir bizə işimizdə yardımçı olacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm