Tələbələrin Respublika konfransı keçirilib
Bizi izləyin

Qırmızı.az

Tələbələrin Respublika konfransı keçirilib

Tələbələrin Respublika konfransı keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycan: gələcəyə baxış” mövzusunda ali təhsil müəssisələri tələbələrinin Respublika konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, plenar iclas akademiyanın böyük iclas zalında Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutmuşdur. Konfransda respublikanın 9 ali təhsil müəssisəsindən 146 tələbə məruzə ilə çıxış edib.

Tədbiri akademiyanın rektoru sosiologiya elmləri doktoru Hüseyn Qaraşov açaraq, xalqımızın ulu öndəri, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından və gənclərə qayğısından geniş söz açıb. H.Qaraşov Ulu öndərin “istənilən ölkənin gələcək inkişafı məhz onun gənclərindən asılıdır, bu baxımdan gənclərin inkişafı daim dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir” fikrini xatırladaraq, gələcək nəsillərin savadlı formalaşmasında, təhsilin rolunun danılmaz olduğunu söyləyib. Çıxışının sonunda H.Qaraşov xüsusilə vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə çalışan çox istedadlı və geniş dünya görüşünə malik gənclərimiz var. Mən inanıram ki, dünya arenasında ölkəmizin nüfuzunun günü-gündən artması üçün siz gənclər əlinizdən gələni əsirgəməyəcəksiniz.

Plenar iclasda növbəti məruzələr dinlənildi. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Ümumi humanitar və sosial fənlər” kafedrasının müdiri Rafiq Zeynalov “Azərbaycan: reallıq və ümidlər”, AƏSMA-nın III kurs tələbəsi Məmmədzadə Mahmud “Yüksək rəqabət qabiliyyətli iqtisadiyyata doğru inkişaf” AƏSMA-nın III kurs tələbəsi Camalzadə Nigar isə “İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” adlı məruzəsini konfrans iştirakçılarına təqdim ediblər.

Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib. Burada iştirak edən tələbələr iştirakçıların marağına səbəb olan müxtəlif məruzələrlə çıxış ediblər.

Konfrans müxtəlif bölmələr üzrə işini yekunlaşdıqdan sonra, dinlənilən məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, hər üç bölmə üzrə ən yaxşı üç məruzəçi mükafatlandırıldı və diplomlarla təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm