ADU-da “İlyas Əfəndiyevin dil və üslub xüsusiyyətləri” mövzusunda tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da “İlyas Əfəndiyevin dil və üslub xüsusiyyətləri” mövzusunda tədbir keçirilib

ADU-da “İlyas Əfəndiyevin dil və üslub xüsusiyyətləri” mövzusunda tədbir keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində “İlyas Əfəndiyevin dil və üslub xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib.

ADU-nunİctimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən məlumata görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev və universitetin tələbələri iştirak edib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək ölkə Prezidentinin sərəncamına uyğun olaraq universitetdə görkəmli şəxslərin yubileyinin qeyd olunmasının silsilə şəkildə aparıldığını bildirib. Prorektor öz üslubu ilə hər zaman fərqlənən sənətkarın xalqımızın söz sənət nümunələrinə dəyərli töhfələr verdiyini bildirib. Teatr səhnəsinin formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının vacib yeri olduğunu söyləyən Ə. Əliyev yazıçının bədii nailiyyətlərini ədəbiyyatımızda yeni mərhələnin inkişafına təkanverici amil kimi qiymətləndirib.

ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev görkəmli dramaturq İlyas Əfəniyevin əsərlərinə müraciət edib. Professor A. Babayev İlyas Əfəndiyev yaradıcılığından, müəllifi olduğu əsərlərdən nümunələr gətirərək yazıçının dil və üslub xüsusiyyətlərindən geniş bəhs edib. A.Babayev İ. Əfəndiyev nəsrinin, dramaturgiyasının Azərbaycan ədəbiyyatında, Azərbaycan ədəbi dilinin inkişafında, zənginləşməsində böyük rolundan da söz açıb. Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm