FHN mənzildə köməksiz qalmış vətəndaşı xilas edib
Bizi izləyin

Qırmızı.az

FHN mənzildə köməksiz qalmış vətəndaşı xilas edib

Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb.

Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən döşəmədə halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:47-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm