Respublika ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Respublika ərazisində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.


Temperatur gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, ayın 22-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.


Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 10-15° şaxta, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı ehtimal olunur.
Gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır. Cecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° şaxta gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı ehtimal edilir. Cecə və səhər bəzi yerlərdə duman olacaq.
Gecə 0-5, gündüz 6-11° isti gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 0-5° , gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm