Beynəlxalq Diaspor Mərkəzi Türkiyədə aksiya keçirib
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq Diaspor Mərkəzi Türkiyədə aksiya keçirib

Beynəlxalq Diaspor Mərkəzi Türkiyədə aksiya keçirib

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Türkiyənin İğdır şəhərində bir sıra tədbirlər və görüşlər keçirib. Qondarma “erməni soyqırımı”-na etiraz əlaməti olaraq BDM və ASİM-DER-in təşkilatçılığı ilə mitinq keçirilib.

Publika.az-ın məlumatına görə, etiraz mitinqində BDM-in sədr müavini Samir Adıgözəlli çıxış edərək, uydurma “erməni soyqırımı”-nı qınayaraq, dünyanı Xocalıda baş vermiş əsl soyqırımı görməyə çağırıb. Aksiyada iştirakçılara ermənilərin Türkiyə və Azərbaycan ərazilərində həyata keçirdikləri qanlı cinayətlərdən bəhs edən film nümayiş etdirilib. Türkiyədə səfərdə olan BDM sədr müavini bir sıra rəsmi şəxslər və dərnək rəhbərləri ilə, o cümlədən İğdır Kültür və Turizm müdiri Osman Engindəniz, Aralıq İlçə Bələdiyyə başqanı Bayram Teksay, İğdır Şəhid və Qazi Ailələri Dərnəyinin başqanı Kamber Güzelkaya və başqaları ilə görüşlər keçirib. BDM tərəfindən hazırlanmış “İrəvandan Vana, Vandan Qarabağa erməni izi” adlı kitabın nüsxələrini S.Adıgözəlli İğdır Kültür və Turizm Müdürlüyünə və eyni zamanda İğdırdakı soyqırım muzeyinə bağışlayıb.

Sonda Ermənistanda Türkiyə bayrağının yandırılmasına etiraz əlaməti və cavab olaraq İğdırdakı soyqırım abidəsinin qarşısında Ermənistan bayrağı yandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm