Gənc gəlin sevincindən öldü
Bizi izləyin

Qırmızı.az

Gənc gəlin sevincindən öldü

Suriyada Türkiyənin Adana şəhərinə sığınan gənc gəlin sevincdən ölüb. Hələbdə yaşayan Akil ailəsi döyüşdən qaçaraq Türkiyəyə sığınıb. Evin gənc qızı Emel ilə ev sahiblərinin oğlu 23 yaşındakı Eyüp bir-birlərinə aşiq olub. Gənclər vəziyyəti ailələrini izah edib.



Ailələri yerli ənənələrə görə toy edib, gəncləri evləndirib. Döyüşdən xilas olub ağ gəlin paltarı geyən Emel toydan 2, suriyadan gələndən 7 ay sonra qardaşı Münifi onlara qonaq gəlib. Uzun müddətdir görmədiyi əzizini gözən gənc gəlin qardaşının boynuna sarılıb, doyunca öpüb qucaqlayıb.



Emel bu sevincə çox dözə bilməyib və qəfildən yerə yıxılıb. Xəstəxanaya aparılan 16 yaşlı gəlin yolda keçinib.



Həkimlər gəlinin ölümünü şübhəli sayıb. Respublika prokuroru hadisə ilə əlaqədar istintaq başladıb. Aparılan araşdırmalardan sonra gənc qızın təbii səbəblərdən öldüyü məlum olub./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm