İTV-dən rəsmi cavab: “Borcun indiki rəhbərliyə heç bir aidiyyatı yoxdur”
Bizi izləyin

Qırmızı.az

İTV-dən rəsmi cavab: “Borcun indiki rəhbərliyə heç bir aidiyyatı yoxdur”

İTV-dən rəsmi cavab: “Borcun indiki rəhbərliyə heç bir aidiyyatı yoxdur”

İctimai Televiziya Blue Water Shipping Caspian Ltd” şirkəti tərəfindən televiziyaya qarşı qaldırılmış məhkəmə iddiasına münasibət bildirilib.

Televiziyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumatda borcun əvvəlki rəhbərliyə aid olduğu bildirilib: Blue Water Shipping Caspian Ltd” şirkəti 2012-ci ildə “Eurovison”la bağlı İTV-nin daşımalarla bağlı xahişlərini yerinə yetirib. Həmin vaxtdan isə borc qalıb. Bəzi sənədlər ortada olmadığına görə, araşdırma aparılır”.

Mətbuat xidmətindən bildirdilər ki, borcun məbləği təxminən 6 min manatdır.“Həmin borcun indiki rəhbərliyə heç bir aidiyyatı yoxdur”.

Borcun ödənilməsinə gəldikdə, İTV-dən birldirdilər ki, bu məhkəmə qərarı əsasında müəyyən ediləcək. Məhkəmə hansı qərarı çıxarsa, o formada həll ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm