Qırmızı.az
“Mc Donalds”dakı ilbizlə bağlı 1 milyonluq İDDİA
Bu gün saat 14:30-da Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Rolan Məmmədovun "Mc Donalds" restoranlar şəbəkəsinə qarşı iddiası əsasında məhkəməyə hazırlıq prosesi olub.
Aktual.az xəbər verir ki, hazırlıq prosesində cavabdeh tərəf
qismində iştirak edən "Mc Donalds" restoranlar şəbəkəsinin
nümayəndəsi Ruslan Mirzəyev iddia ərizəsinin bu gün onlara
çatdığını əsas gətirərək, hazırlıq prosesinin təxirə salınması
barədə vəsatət qaldırıb. İddiaçının vəkili Anar Qasımlı cavabdeh
tərəfin nümayəndəsinin gətirdiyi arqumentin əsassız olduğunu
bildirərək, iddia ərizəsinin bu gün "Mc Donalds" restoranlar
şəbəkəsinə çatdığına dair əsaslı sübut istəyib. Hakim Azər Paşayev
cavabdeh tərəfin vəsatətini təmin edərək iddiaçının istəyini rədd
edib.
Bundan başqa, cavabdeh tərəf "Mc Donalds" restoranlar şəbəkəsinin
nüfuzuna dəyən ziyana görə iddiaçıdan 1 milyon manat təzminat tələb
edib. Tərəflərin çıxışından sonra hakim Azər Paşayev hazırlıq
prosesinin mayın 5-i saat 9:45 tarixinə qədər təxirə salınması
barədə qərar qəbul edib.
Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami
küçəsində daimi müştərisi olduğu "Mc Donalds”dan sifariş etdiyi
"Sezar" salatının içindən ilbiz çıxdığını bildirərək, məhkəməyə 50
min manatlıq iddia ilə müraciət edib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK