“Elektron hökumət” portalının 1 milyonuncu istifadəçi mükafatlandırılıb
Bizi izləyin

Qırmızı.az

“Elektron hökumət” portalının 1 milyonuncu istifadəçi mükafatlandırılıb

“Elektron hökumət” portalının 1 milyonuncu istifadəçi mükafatlandırılıb

"Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərə 1 milyon dəfə müraciət edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat ximətindən publika.az-a verilən məlumata görə, portala müraciət etmiş milyonuncu şəxs Şəki rayonunun sakini Hüseynbəyli Nəbi Məmmədoğludur.

Kifayət qədər yüksək göstərici sayılan bu fakt həmçinin "Elektron hökumət" portalının təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayının nəinki paytaxtda, ümumilikdə ölkə üzrə, o cümlədən regionlarda da artdığını, bu xidmətlərdən istifadənin əlçatanlığının təmin edildiyini göstərir.

Bu əlamətdar hadisə münasibətilə portala milyonuncu müraciət edən Nəbi Hüseynbəylinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm