"Ermənistan işğala son qoymalıdır” - Hikmət Çətin
Bizi izləyin

Qırmızı.az

"Ermənistan işğala son qoymalıdır” - Hikmət Çətin

"Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır” - Hikmət Çətin

“ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı fəaliyyət göstərir. Ancaq çox təəssüf ki, indiyədək bunun nəticəsi yoxdur".

Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb.

H.Çətin deyib: “İndi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin tezliklə həlli üçün ilk olaraq Ermənistan ətraf Dağlıq Qarabağın 5-6 rayonundan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sabitliyin bərpası üçün vacibdir. Əks halda mövcud vəziyyət daim belə qala bilməz. Mən buradan Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Çünki, hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyət çox pisdir. Əgər münaqişə tezliklə həll olunarsa, o zaman Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, xüsusilə enerji layihələrinin həyata keçirilməsində iştirak edə bilər. Bunun üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm