Qırmızı.az
Əski türklərin qutsal sayı - Doqquz
Türklər doqquz rəqəmini qutsal qəbul edər və ondan artığına etibar etməzlər.
Mirzə Uluğ Bəy «Dörd Ulus tarixi»
«Saha Türklerinin bereket ve doğum tanrıçası Ayzıt`ın durumu,
dokuz erkek ve dokuz kız evlatlı Bay-Ülgen`in hali toprağa bağlı
kültürlerin tasavvurlarıdır denilmektedir». (Sadettin Gömeç
«Şamanizm və əski türk dini»)
«İbn Fadlan seyahatnamesinde de Akhunların bakiyesi olan dokuz
karluk boyundan birinin bulaklar olduğu belirtilmektedir».
(Bildirilər kitabı, I cild, editör: Ülkü Çelik Şavk, Ankara-2011
səh.52)
«Şamanların, âyinlerde dokuz kat göğe çıkıp, dokuz katı da
dolaşarak tekrar indikleri söylenir» ( Dr. Bayram Durbilməz. «KIRIM
TÜRK HALK ANLATILARINDA SAYI SİMGECİLİĞİ»)
«Manas`m dirildiği gerçek ise, koyundan dokuz alayım, sığırdan
dokuz alayım, deveden dokuz alayım, at sürülerinden dokuz alayım.
Kırk Curanın herbiri için birer dokuz gene dilek edip kurban
edeyim". Kırgız hayatında toğuzda-dokkızda- adedi son yıllara kadar
önemli rol oynamıştır. Altay-Yenisey Türklerinin destanlarında da
bu dokuz sayısna çok rastlanır». (Prof. Abdülkadir İnan «Eski türk
dini tarihi», İstanbul 1976 səh.138)
«Əski inanclara görə, Günəş həmişə doqquz dağın arxasından çıxır, doqquz göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz zirvəli dağa rast gəldi» ifadələri işlənir. Bu, yüksəklik, uzaqlıq, əlçatmazlıq mənasını verir». (R.Qafarov. «Azərbaycan türklərinin mifologiyası» F.e.d. alimlik dərəcəsi almaq üçün yazılmış dissertasiyanın AVTOREFERATI, Bakı-2010, səh.21-22)
«Doqquz yaşında atadan yеtim qalan və atasının rəqibləri
tərəfindən
öldürülməyə cəhd еdilən Tеmuçin anası və qardaşları ilə bərabər bir
sıra
savaşlarda başarılar qazanmış bir sıra tərəfdarlar toplamış...»
(Aydın Mədətoğlu «Türklər tarixi oçerklər» Bakı, 2012 səh. 270)
«Kumanları polovets adı ilə verən qədim rus salnamələri onların
içində... doqquzoba
adlı...» boydan bəhs edir. (F.Ağasıoğlu. «Daşbaba Türkün daş
yaddaşı» Bakı, 2013)
«Bu zaman saraydan iki öküz və iki dəfə ardıcıl olaraq doqquz qoyun
gətirdilər. Öküzlərdən birini, qoyunlardan isə doqquzunu Günəş
(Yer) ilahəsinə qurban kəsirlər... doqquz qoyunu dünyasını
dəyişmişə qurban kəsirlər» (Nizami Tağsoy «Etnos və Epos: Keçmişdən
bu günə» Bakı, 2010)
«Qurd Zalxa» mifində Zalxa başı açıq çölə çıxanda qurd dərisini
onun üstünə atır.
Zalxa doqquz ay qurdlarla gəzir...» (Ramil Əliyev «Mifoloji şüur və
onun strukturu»)
«Dərsə xanın Elxanilər sarayı ilə əlaqələri çox sıx olmuş, bu
dövlətin
sancaqbəyi kimi doqquz dəfə ağır döyüşlərdə qəhrəmanlıqlar
göstərmiş...» (Əziz Ələkbərli «Dədə Qorqud kitabı: Dastanda
gizlənən tarix»)
«Uygur Kağanını ziyaret eden Çin elçisi Wang-yen-te`ye göre,
Uygurlar, üçüncü ayın dokuzunda, yani 9 Martta bir festival (Soğuk
Yemek Festivali) düzenliyorlardı. Onlar bu festivalde birbirlerinin
üzerine su atmak suretiyle eğlenmekteydiler» (Salim Koca «ESKİ
TÜRKLERDE BAYRAM VE FESTİVALLER»)
«Şamanın mistik seyahatlarında kullandığı başka araçlar da vardır.
Mesela kayın
ağacından yaptığı dokuz basamaklı merdiven, gök kuşağı gibi» ( Dr.
S. GÖMEÇ. «TARİHTE VE GÜNÜMÜZDE SAHA TÜRKLERİ»).
Lev Qumilyov «Qədim türklər» əsərində əlləri və ayaqları düşmənlər tərəfindən kəsilmiş və bir qurdun sahib çıxdığı doqquz yaşlı türk oğlundan (Bakı, «Gənclik» 1993, səh.47)danışır,
Qiyasəddin Qeybullayev «Qədim türklər və Ermənistan» əsərində
Qərbi Azərbaycanın Qarnibasar mahalına Doqquz adlı yaşayış yerinin
mövcudluğundan (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1992, səh.51)
bəhs edir...
Doqquz ağac, doqquz boy, doqquz Oğuz, Doqquz budaqlı ağac, doqquz
qat göy, doqquz qoca, doqquz qurban, doqquz çobanlı sürü, doqquz
dəvə, doqquz inək...
doqquz, doqquz, doqquz...
Əski türklərin hər dastanında, nağılında, inancında bir sözlə həyatının bütün məqamlarında doqquz var. Nədən doqquz? Əski türk nədən beşi, altını və digər sayları deyil də doqquzu qutsal olaraq gördü? Məncə bunun kökünü türkün Tanrıçılığında aramaq gərəkdi. Türk heç zaman bütpərəst olmadı. Taxtaya, heykəlciklərə, əldəqayırma fiqurlara iman etmədi. Hələ dinlərdən və adıbəlli peyğəmbərlərdən min illər öncə türk varlığı və öz kimliyini düşündü və bütün gördüklərinin ali bir yaradıcı - Tanrı tərəfindən yaradıldığı sonucuna vardı və yaradılışın sirrini çözməyə çalışdı. Tanrının məqamını isə ən ucada aradı - doqquz qatlı hesab etdiyi göylərin doqquzuncu qatında. Tanrının məqamı olan doqquzuncu qat da beləcə qutsal sayıldı. On min illər öncədən doqquz Tanrının qərar tutduğu Göylər qatının sırası idi türkün düşüncəsində. Doqquzun qutsal sayılmasının ən önəmli nədəni bu ola bilərdi. Elə buna görə də əski türklərin həyatlarının bütün məqamlarında «doqquz»u görməkdəyik;
Şamanlıq dönəmində özəl olaraq şaman olmaq üçün yetişdirilmiş gəncin şamanlığa qəbulu xüsusi törənlə qeyd olunardı. Şamanlığa qəbul ediləcək gənc, yaşlı şamanın dediklərini təkrar edərək and içərdi, «zəiflərin qoruyucusu, yoxsulların atası, yetimlərin anası...» olacağına söz verərdi. Andiçmə törənində şamanlığa qəbul edilən gəncə şaman cübbəsi geyindirilər, əlinə at tükü ilə bəzədilmiş əsa verilər, sağında və solunda dokkuz igid, dokkuz qız dayanardı.
Altay və Sibir Şamanlığında inanca görə şamanlar göyə çıxarlar,
göyün doqquz qatını gəzərlər (merac edərlər). Şaman göyə çıxmazdan
(merac etməzdən) öncə bir törən düzənlənir və şaman bir ağ keçə
üzərinə oturur. Üzərində şamanın oturduğu bu keçə doqquz şəxs
tərəfindən yuxarı qaldırılır və doqquz dəfə döndərilir.
Xakas türkləri qara ruhları evdən qovmaq üçün dokkuz quşburnu
budağı, dokkuz parça quşüzümü ağacı budağı və doqquz qara daşdan
istifadə edərdilər, şamanın yardımı ilə qara ruhu qara atla evdən
qovardılar. Qara ruhu məkandan qovan şaman giriş qapısını doqquz
dəfə vurardı.
Yaz zamanı ilahə Ayzıtın şərəfinə törən keçirilərdi. Ayzıt gözəllik və eşq simvolu sayılırdı. Ağ şaman əlində sazı gələr və Ayzıtın şərəfinə ilahilər söylərdi. Bu zaman dokkuz qız, doqquz oğlan seçilərdi. Onlar bir qız bir oğlan olmaqla əsgər kimi sıraya duraraq əl-ələ tutardılar.
Əski türk mifologiyasında Doqquz qardaş çayının qolları arasında olan «bəyaz qübbəli, dörd köşəli, tək qapılı» ziyarət yerlərindən bəhs edilir.
Altay, Macar, Çuvaş, Monqol, Yakut inanclarında və şamanizmdə qutsal hesab edilən Yaşam ağacı (Uluqayın, Uluğqayın) Tanrı tərəfindən dünya ilə birlikdə yaranmış və göylər bu ağacın budaqları üzərində dayanmışdır. Doqquz boy türk bu ağacın doqquz budağından törəmişdir. Budaqları göyün üzündə olan bu ağacın yer altında doqquz kökü var. Dünyasını dəyişənlərin ruhları bu ağacın budaqları arasında uçuşar.
Saklar, Hunlar və Göytürklər tərəfindən oynanılmış ən azı 4 min
illik tarixi olan türk oyunlarından biri «Doqquz daş» oyunudur. Bu
tarixi oyunun izləri qazax türkləri tərəfindən «Toğiz kumalak»
adıyla yaşadılmaqdadır.
Əski türklər Xaqanı taxta çıxarırkən onu keçə üzərində
oturdardılar. Keçə üzərində oturmuş yeni xaqanı doqquz kişi göyə
qaldırar və yönü doğudan batıya doğru olmaqla doqquz dəfə çadırın
yörəsində döndərərdilər. Xatunlar da Xaqanlar kimi xüsusi törənlə
taxta oturdulardı. Bu zaman onlar da taxtında doqquz dəfə çadırın
ətrafında döndərilər və taxt üzərində özəl olaraq xatun üçün
hazırlanmış çadırına aparılardı.
Saxa türklərinin ən əski dastanı olan Ər Saqatoh dastanının
qəhrəmanı on doqquz yaşına çatanda özündə qeyri-adi güc olduğunu
hiss edir. Onun gürzünün ağırlığı doqquz yüz kilo idi. Onun çadırı
da doqquz dayaq üzərində qurulmuşdu. Çadırının doğu qapısında
budaqları göyün dokkuz qatına yetən ağaclar vardı.
Ən əski türk dastanlarından biri «Doqquz Oğuz on Uyğur» adlanır. Bu
dastanda Oğuzların babasının ilahi varlıqlara bənzəyən iki qızından
və bu iki qızın Göylərdən enmiş boz qurdla evlənməsindən söz
açılır. Boz qurdun bu qızlardan doqquz Oğuz və on Uyğur övladı
oldu.
Ərgənəkon dastanında İl Xaqanın qohumlarından birinin adı Doqquz
Oğuzdur. O, İl Xaqanın oğlu Kayı ilə birgə düşmanlara əsir düşsələr
də oradan atlanıb qaçmağı bacarırlar.
«Oğuz Xaqan dastanında» da göylərin doqquz qat olması, Karluk
türklərinin dokkuz gün dağda qalan «alp bir bəy»dən törəməsi və bu
bəyə Oğuzun Karluk adını verməsindən bəhs olunur.
«Ay-Atam əfsanəsi»ndə deyilir: «Çox-çox əski çağlarda... doqquz
ay durmadan yel əsdi. Su, atəş, torpaq və yel insana can vermək
üçün birləşdilər. Doqquz ay sonra insan çıxdı ortaya. Adına Ay-Atam
dedilər».
«Yaradılış dastanı»nda: «Yer üzündə qolsuz-budaqsız bir ağac
yaşardı. Tanrı bu qolsuz-budaqsız ağacdan xoşlanmadı. «Qolları,
yarpaqları olmayan ağaclara baxmaq gözəl deyil. Bu ağacın doqquz
qolu olsun!-dedi». Qolsuz-budaqsız ağac birdən doqquz budaqlı oldu.
Tanrı, «doqquz budağın hər birinin kökündən doqquz kişi törəsin,
bunlar doqquz ulus olsun»!-dedi» - deyilir. Sonra bunlardan
Torungey (Törüngey) və qadını Eje pisliyin və şərin təmsilçisi
Ərliyin (Erlik) hiyləsinə uyaraq Tanrının yasaq etdiyi yemişdən
yediyi üçün Tanrının qəzəbinə gəlir. » Tanrı: «Mənim sözümü
dinləmədiyin üçün doqquz oğlun, doqquz qızın olacaq. Bundan sonra
mən insan yaratmayacam. Artıq, insanlar sizdən törəyəcək»! -deyir.
Qəzəblənən Tanrı Ərliyi də Yerin doqquz qat dərinliyində olan
qaranlıq dünyaya atır.
Əski türk dövlətlərində yönədici heyət (yönətim kurulu, şura) doqquz nəfərdən ibarət olurdu. Bunlardan üçü iç, altısı isə dış işlərdən sorumlu idi.
Orxon yazılarında «otuz tatar», «doqquz oğuz» və «doqquz tatar»
boy birliklərinin adı çəkilir.
Çuvaş mifologiyasında doqquz yaradıcı vardı; Ruhların yaradıcısı,
Çocuqların yaradıcısı, Çörəyin yaradıcısı, Ev adamlarının
yaradıcısı, Evlərin yaradıcısı, Zənginliyin yaradıcısı, Çiçəklərin
yaradıcısı, Güc və sağlığın yaradıcısı, Yer üzünün yaradıcısı.
«Oğuz dastanı»nda Oğuz məmləkətlər fəth edərək uzun bir səfərdən
yurduna dönməsi şərəfinə doğsan min qoç və doqquz yüz qısrak
(Qısrak-hələ doğmamış gənc dişi at) kəsir.
«Manas» dastanında Manas öldükdən sonra doqquz gün gözlədilir,
doğsan qısrak kəsilir, xalqa doqquz qat qumaş paylanır (ehsan
edilir).
Əski türklərdə qurban kəsilərkən doquz sayda qurban seçilər,
Tanrıya dua edilərkən doqquz qurban kəsiləcəyi və ya doqquz heyvan
azad ediləcəyi vəd edilərdi.
Sibir türklərinin bir nağılında mağara dəliyindən yer altına düşən
uşaqdan danışılır. Yer altında pis ruhlar uşağı doqquz zəncirlə
bağlayıb həbs edirlər.
Altay türklərinin əski inancına görə hər şeyin yaradıcısı göyün
17-ci qatında qərar tutan Tanrı Qara Xandır. Qara Xan yer üzünü
yaratdıqdan sonra doqquz budaqlı şam ağacı yaratmış, bu doqquz
budaqdan doqquz kişi törətmiş, bu doqquz kişidən doqquz ulus
yaratmışdır.
Türk mifologiyasında doqquz budaqlı buynuzu olan sığınlardan bəhs
edilər. Şamanların simvollarından biri doqquz budaqlı sığın buynuzu
idi.
Doğu türklərinin inancına görə göylər doqquz qat idi.
Abakan türklərinə aid bir dastanda dastanın qəhrəmanı Kartaqa
Merqan bacısını axtararkən atasının böyütdüyü qartallara balalarını
yedizdirməsi üçün doqquz qısrak verir. Bu dastanda yer altında
doqquz dəniz olduğu qeyd edilir.
Altay şamanların geyimində hərəkət etdikcə səs verən doqquz
metal olardı, bu Qara Xana ən yaxın - 16-cı qatda oturan Yaxşılığın
və gözəlliyin simvolu Bay Ülgenin doqquz qızının rəmzi idi.
Yaxşılıq Tanrısı (Yaxşılıq mələyi) Ülgenin yeddi oğlu, dokkuz qızı
vardı. Ülgenin qızları Ağ qızlar deyə anılırdı. Ağ sözü tanrısall
təmizliyi və gözəlliyi ifadə edirdi. Altay türklərində isə Ağ
cənnət demək idi.
Əski türk və monqol inancına görə yeraltı dünyanın sahibi, Tanrı
tərəfindən lənətlənmiş, pisliyi və şəri ifadə edən Ərlik xanın
doqquz oğlu var. O, öz xalqını doqquz budaqlı ağacdan
yaratmışdır.
Əski türklər nə zamansa Qiyamət gününün olacağına inanırdılar.
Buna «Kalğançı Çağ» deyərdilər. «Kalğançı Çağ» gəldiyində dünya
dağılacaq, yer və insan məhv olacaq. Göy uğuldayacaq, dağlar
uçacaq, dərələr dağılacaq. O zaman dəniz dibindən doqquz qara daş
çıxar, doqquz daş doqquz yerindən yarılar, hər daşdan dairəvi
doqquz sandıq çıxar, hər sandıqdan dəmir atlı doqquz kişi çıxar. Bu
kişilərdən ikisi başçı olacaq.
Böyük Monqol İmperiyasının qurucusu Çingiz xana və onun ardıcılları
olan hökmdarlara gələn hədiyyələrin sayı doqquz olurdu. Göy Tanrıya
inanan Çingiz xan Tanrıya şükürlərini Tanrı qarşısında doqquz dəfə
diz çökməklə bildirirmiş;
Çox sonralar - 1386-cı ildə məhz bu adətdən xəbərdar olan Şirvan
şahı I İbrahim Çingiz xanın nəslindən olan Əmir Teymurun görüşünə
gedərkən hər hədiyyədən doqquz ədəd təqdim etmişdi. Təkcə qulların
sayı səkkiz idi. Qulun sayının nədən səkkiz olduğunu soruşduqda
Şirvanşah İbrahim «doqquzuncu qul mən özüməm»!- cavabını vermişdi.
Əmir Teymura xoş gələn bu davranış Şirvanda qan tökülməsinin
qarşısını almışdı.
Çingiz Xan içki məclislərində qədəhindən yerə bir damcı şərab
axıdan şəxsə cəza olaraq doqquz qədəh şərab içirərdi.
Xakas türklərinin «Altun Arığ dastanı»nda ən yaxşı at:
«...doqquz qulac boylu, qara-kürən at» - deyərək öyülür.
«Dədə Qorqud dastanı»nda Beyrək kafirlərə:
Tanrı mana yol verdi, gedər oldum,
Mərə, kafir, otuz doqquz yigidim əmanəti!..
Mərə, kafir, birin əskik bulsam,
yerinə on öldürərim» - deyir.
Göytürklərdə və Uyğurlarda Xaqanın Buyruq adlanan yardımçıları
vardı. Buyruqların sayı doqquz nəfərdən ibarət olurdu.
17-ci əsrdə yaşamış Əbül Qazi Bahadur xanın «Türkmənlərin şəcərəsi»
kitabında yazdığına görə Oğuz Xaqanın oğlu Gün xan da atası kimi
törənlərdə doqquz yüz at ilə, doqquz min qoyun kəsdirir, dəridən
düzəldilmiş doqquz hovuza rakı doldurar, doğsan dəri hövuz da kımız
hazırlatdırardı.
Türklər Ərgənəkondan doqquz marta çıxmağa başladılar. Çıxış martın
iyirmi birində tamamlandı.
Edigey Batır dastanının Krım türkləri arasında yayılmış variantında
»...Edigey doqquz nüfuzlu şəxsin doqquz oğlu ilə Teymur xanın
yanına doğru gedərkən yolda doqquz başlı, bir quyruqlu ilanla
rastlaşır. Doqquz igid ilanın doqquz başını kəsir». Ümumiyyətlə
Krım türklərinin nağıl və dastanlarında «doqquz oğul sahibi olma»,
«doqquz nüfuzlu şəxs», «doqquz başlı ilan», «doqquz quyruqlu ilan»,
«doqquz kosa», «doqquz sandıq», «doqquz at» kimi ifadələrə çox rast
gəlinir.
Dədə Qorqud dastanında Dəli Domrul doğulanda atası doqquz buğa
kəsir, Oğuz bəylərinin toyunda doqquz yerdə məclis qurular, doqquz
qaragözlü kafir qızları badə süzər, Oğuz ərləri öyünəndə doqquz
düşməni yerə yıxdığını deyər, analar «doqquz ay qarnımda
gəzdirdiyim, oğul»!-söylər...
Elxanilər sülaləsinin qurucusu Hülakü Xanın qadınının adı Doqquz
Xatun idi.
Əski türk inancında insanın 4 ünsürdən və doqquz göydən
yaranması inancı da vardı. Dörd ünsürə «dörd ana», doqquz qat göyə
«doqquz ata» deyilmişdir. Yunus İmrənin «Ben bende buldum» adlı
şeirində;
Yunus benem, ümmi benem
Dokuz atam dörttür anam- söyləməsi də bu inancdan qaynaqlanır.
Namiq Hacıheydərli
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO