“Turizm işi”ixtisası üzrə qəbul aparılmayacaq
Bizi izləyin

Qırmızı.az

“Turizm işi”ixtisası üzrə qəbul aparılmayacaq

“Turizm işi”ixtisası üzrə qəbul aparılmayacaq

Ali təhsil müəssisələrinin magistraturalarına qiyabi təhsil üzrə bakalar qəbulu dayandırıldı.

Publika.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu il "Turizm işi" ixtisaslaşması üzrə magistraturaya bakalavr qəbulu da aparılmayacaq.

2014-2015-ci tədris ili üzrə magistraturaya yalnız əyani təhsilalma forması üzrə plan yerləri verilib. Plan yerlərinin sayı 6565-dir. Onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir.

2014-cü ildə "Jurnalistika" ixtisasını seçmək istəyənlər üçün qabiliyyət imtahanı keçirilmiş və 25 bakalavr həmin imtahandan "məqbul" alıb. 44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər.

27 saylı proqram üzrə ADPU-nun "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasına müsabiqədə yalnız Təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər.

Azərbaycan Turizm İnstitutunda "Turizm işi" ixtisaslaşması üzrə magistr hazırlığının aparılması nəzərdə tutulan beynəlxalq layihə yekunlaşdığına görə həmin ixtisaslaşmaya bu il qəbul aparılmayacaq.

"Magistr" jurnalının 4-cü sayı nəşr olunaraq 29 aprel 2014-cü ildə bakalavrların istifadəsinə veriləcəkdir. Jurnalda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan, Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşma seçilməsi və təsdiqi üçün təlimat, İxtisaslaşma seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar, magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu öz əksini tapıb.

Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə onun 2 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar.

Bunun üçün bakalavrlar 2014-cü il mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar "Magistr" jurnalının 2014-cü il 3-cü sayında dərc olunub).

Proqram seçib təsdiq etmiş bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.

İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı(45 ədəd çoxseçimli, 5 ədəd açıq tipli) təqdim olunmaqla yoxlanılır. Bakalavrların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 4, 12, 24, 25, 29, 30, 41, 43, 44, 51, 52, 57 və 58 saylı proqramlarını seçən bakalavrlar test tapşırıqları əvəzinə yazılı imtahan verirlər.

İxtisas üzrə test suallarına cavabın maksimal balı 50-dir. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm