Bu gecə Bakıda iki yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bu gecə Bakıda iki yanğın hadisəsi baş verib

Məlumata görə, doqquzmərtəbəli yaşayış binasının girişində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan ayaqqabı təmiri köşkünün içərisindəki əşyalar yanıb.

Bakıda biri ayaqqabı təmiri, digəri gözətçi olmaqla 2 köşkdə yanğın baş verib.

Publika.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, ilk hadisə Bakının Sabunçu rayonunda baş verib.

Məlumata görə, doqquzmərtəbəli yaşayış binasının girişində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan ayaqqabı təmiri köşkünün içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Digər hadisə isə Baknın Yasamal rayonunda baş verib. Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Kia" markalı minik avtomobilinin arxa buferi əriyib. Avtomobilin qalan hisəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm