Nobel prospektindəki çökmə yenidən aktivləşib
Bizi izləyin

Qırmızı.az

Nobel prospektindəki çökmə yenidən aktivləşib

Bir neçə gün öncə paytaxtın əsas yollarından sayılan Nobel prospektində baş verən çökmə yenidən aktivləşib. Bu səbəbdən gecə saatlarından etibarən yolun hər iki hərəkət istiqamətinin bir zolağı xüsusi lent vasistəsilə əhatəyə alınıb.

Hadisə ilə bağlı “Azərsu” və “Azəryolservis” səhimdar cəmiyyətlərindən verilən açıqlmada, çökməyə yeraltlı su sızması səbəb göstərilib. Məhz bu sızmanı müəyyən etmək üçün ərazidə geofikizik araşdırmalara başlanılıb. İş icraçılarının verdiyi məlumata görə, yolun bağlanmasına səbəb də bu araşdırmları dəqiq yekunlaşdırmaqdır.

Bundan əlavə yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun ümumi sahəsi də artıq müəyyən olunub. Geofikizi araşdırmalar bitdikdən sonra ərazidə qazıntı bərpa işlərinin başlanılacağı gözlərinir.

Nəzərə alsaq ki, günün pik saatlarında bu yolda avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur, o zaman sözü gedən prospektin təmir olunaraq qısa zaman ərzində sürücülərin istifadəsinə verilməsi daha yaxşı olar. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm