Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib

Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobilinin idarəetməni itirərək qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol qəzası baş verib.

Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobilinin idarəetməni itirərək qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm