Əməkdar artist Mehriban Əliyevaya müraciət etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Əməkdar artist Mehriban Əliyevaya müraciət etdi - FOTO

Əməkdar artist Aybəniz Haşımova Facebook səhfəsində mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

Əməkdar artist Aybəniz Haşımova Facebook səhifəsində mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

Publika.az xəbər verir ki, sənətçi müraciətində bildirib:

"Bilmirəm, bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7 aydır günahsız yerə yenə də həbsxanada saxlanılır. Heç bir dəlil olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir. Kimlər maraqlıdır bu işdə, onu bilmirəm. Amma bircə onu bilirəm ki, heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi bir insanı ölümə məhkum etmək deməkdir. Mən hər zaman dövlətimizə inanıb, ona söykənib, ona inanmışam. Yenə də ona inanıram. Mən inanıram ki, dahi şairin ruhunu, məsələdən hali olanlar haqsız qoymayacaqlar. Üzümü tuturam güvəncim olan dövlətimizə və onun rəhbərliyinə. Xahiş edirəm, öz adımdan və bütün əsl sənət fədailəri adından. Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad olunmasına kömək etsinlər. Üzümü tuturam ölkəmizin birinci xanımı, xanım Mehriban Əliyevaya. İnandığımız, güvəndiyimiz, hər zaman kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən xahiş edirik, əgər bu oğlanın günahı yoxdursa, onun anasına balasının azadlığının geri verilməsinə kömək edin. Sabah növbəti məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib çağırırıq, hər zaman güvəndiyim dövlətimiz. İnanırıq, şairin ruhu şad olacaq."

Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. Dövlət ittihamçısı A. Kəsəmənliyə 10 il 6 ay iş istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm