Novruz Məmmədov Leyla Yunusun saxlanılmasından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Novruz Məmmədov Leyla Yunusun saxlanılmasından DANIŞDI

Novruz Məmmədov Leyla Yunusun saxlanılmasından DANIŞDI

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sülh və Demokratiya İnstitunun sədri Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun Heydər Əliyev adına Hava Limanında saxlanılması məsələsini şərh edib.

Publika.az-ın məlumatına görə, PA-nın şöbə müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Saytlarda gedən xəbər məni həddindən artıq təəccübləndirdi. Bəzi saytların dediyinə görə, Leyla Yunus ilə onun həyat yoldaşı hava limanında xaricə getdikləri zaman mən kiməsə demişəm onları təyyarəyə buraxıblar, sonra onları təyyarədə saxlayıblar. Bu tamami ilə yalan məlumatdır. Bunu yayan sayt və ya agentlik kim olursa olsun təxribatla məşğul olur. Mən, ümumiyyətlə belə şeylərə mövqe bildirmək istəmirəm. Amma bu qədər yalan, böhtanla, ictimaiyyəti aldatmağı özləri necə qəbul edirlər başa düşə bilmirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm