Gənc gitaraçılar arasında müsabiqə keçirildi
Bizi izləyin

Qırmızı.az

Gənc gitaraçılar arasında müsabiqə keçirildi

Azərbaycan Turizm İnstitutunda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Gitaraçılar” layihəsinin konserti baş tutub.

Layihə rəhbəri Rəhim Ağamirzəyev Publika.az-a açıqlamasında layihənin keçirilməsində məqsədin gənc musiqiçilərin istedadlarını üzə çıxarmaq olduğunu deyib.

Layihəyə 50-yə yaxın gənc musiqiçi qoşulub və simli alətlər üzrə mütəxəsssislərdən ibarət münsiflər heyyəti tərəfindən qiymətləndiriliblər.

Gənc gitara ifaçıları arasından seçilmiş tələbələrin layihə çərçivəsində konserti təşkil olunub və konsertdə qalib olan ifaçılar diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm