Qırmızı.az
Azərbaycanda bəzi kitabxanalar bağlanacaq
"Azərbaycanda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinə qənaət etmək üçün işləməyən kitabxanalar bağlanacaq. Belə kitabxanalar buna hazır olmalıdır". Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Kitabxanaçılarının Ümumrespublika Konfransında cıxışı zamanı deyib.
Nazir kitabxanaları daha aktiv fəaliyyət göstərməyə çağırıb: "Bizə lazımsız, bərbad binada yerləşən kitabxanalar lazım deyil. Belə binalar insanları kitabxanalardan uzaqlaşdırır. Kitabxanalar insanlara ona görə lazımdır kı, buraya gəlib yaxşı, isti otaqlarda kitablar, qəzetlər oxusunlar".
Ә.Qarayev deyib ki, yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da öz labüdlüyünü getdikcə itirəcək.
Nazirin sözlərinə görə, kitabxanalarda lazımsız ədəbiyyatların silinməməsi, lazımlı ədəbiyyatların məhv edilməsi halları da olur.
Ә.Qarayev deyib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi vəhdətləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır: "Mən nazir ola-ola mənim saytıma ancaq Milli Kitabxanaya yeni nəşrlərin gəlməsi barədə məlumat daxil olur, başqa heç bir kitabxanaya yeni nəşrin gəlməsi barədə məlumat daxil olmur. Kitabxanaların saytlarında hansısa ədibin qeyd edilmiş yubileyi barədə məlumatlar olur. Bu informasiyaları saytlarında illərlə saxlayırlar. Köhnə yeməyi yemək olar?! İnformasiya da belədir. İnsanlar yeni informasiya almaq istəyirlər. Әgər şəbəkə bunu edə bilmirsə, demək, şəbəkə müflisləşib".
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI