• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Beyləqanda oğrular evdən qızıl əşyalar aparıb

Beyləqanda oğrular evdən qızıl əşyalar aparıb

Beyləqan rayonu Dünyamalılar kəndində 1 gecədə 5 evdən oğurluq edilib.

Oğurluq hadisəsi rayonun Dünyamalılar kəndində qeydə alınıb. Bir gecədə, soyulan evlərdən vətəndaşlara məxsus müxtəlif əşyalar və az müəyyən miqdarda pul aparılıb.

Evindən oğurluq olunanlardan biri Sevil Nəcəfovadır. Onun bildirdiyinə görə, oğruların ilk öncədən hədəfləri bəlli olub. Sevil xanım ehtimal edir ki, fərdi yaşayış evlərini hədəfə alan oğru və ya oğrular olduqca peşəkardır.

O, bunu onların evlərə girməmişdən öncə elektirik naqillərinə metal tel ataraq, kəndin işıqlarını söndürmələri ilə əlaqələndirir. Qeydə alınan oğurluq faktları ilə bağlı rayon polis şöbəsində cinayət işi açılıb.

Hazırda, bir nəfər Bəxtiyar Muradov adlı şəxs şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR