“Ağıllı Sinif” açıldı
Bizi izləyin

Qırmızı.az

“Ağıllı Sinif” açıldı

“Ağıllı Sinif” (“Smart Class”) layihəsinin açılış mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Cənubi Koreyanın “SK Telecom” şirkəti və Sungshin Universitetinin birgə layihəsi olan, gənclərin müasir texniki avadanlıqlardan istifadəsi, informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, informasiya mərhələsinə inteqrasiyası və dünya görüşlərinin daha da artırılması məqsədi ilə yaradılıb.

Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Koreyanın Azərbaycandakı Səfir müavini Çang Seoon Ça, Koreya “SK Telecom” şirkətinin vitse prezidenti Damian Yoonseuhe Kim, millət vəkilləri iştirak ediblər.

Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin direktoru Elşad Abdullayev layihənin fərqləndirici xüsusiyyətləri haqqında məlumat verdi. Onun sözlərinə görə, belə sinifdə dərs vəsaiti kimi Microsoft proqramlarından istifadə olunur, şagirdlərin interaktiv tədris prosesinə marağı artır, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllləri təqdim olunur. Bu proqram həm də müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanını verir.

Mərasimdə layihənin gedişatı, Gənclər Evində Ağıllı sinfin hazırlanması, otağın təmiri, zəruri avadanlıqların quraşdırılması haqqında videoçarxlar nümayiş etdirilib. Həmçinin, hazırda Cənubə Koreyanın “Sungshing” Universitetində qonaq olan azərbaycanlı tələbələrlə canlı bağlantı qurulub.

“Ağıllı Sinif” layihəsinin fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, dərs vəsaiti kimi microsoft əsaslı proqramlardan istifadə, şagirdlərin interaktiv tədris prosesinə marağı və cəlb edilməsi, texniki dəstək və zəmanət, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həlli, müəllimə sinifi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat etmə imkanı verir. “Smart Class” layihəsinin icrası zamanı DTGB İB-nin layihəsi olan və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyələşən “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi”nin böyük konfrans zalı əsaslı təmir edilib.

Avadnalıqlardan rahat istifadə olunması üçün xüsusi qurğular yaradılıb. Bu layihə çərçivəsində istifadə olunacaq avadanlıqlar Cənubi Koreyanın “SK Telecom” şirkəti tərəfindən təmin edilib. Belə ki, zal tələbələrin istifadəsi üçün 25 ədəd “Asus” tipli planşetlərlə təchiz olunub. Bu planşetlərin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, Microsoft əsaslı proqramlarla təmin olunub və əlavə klaviaturaya malik olması istənilən zaman bu planşetlərdən noutbook kimi də istifadə etməyə şərait yaradır.

Bundan əlavə, layihə çərçivəsində Gənclər Evinə xüsusi tipli İKT qurğuları, noutbooklar və proyektor gətirilib. U-board qurğusu vasitəsi ilə, planşetlər, noutbook, proyektor və lövhə arasında interaktiv əlaqələr yaradılıb. Smart Class layihəsi zamanı tədris olunacaq dərs kontenti Sungshin Universitetinin professorlar heyəti tərəfindən Azərbaycandakı gənclər arasında aparılan araşdırmalar nəticəsində əldə edilmiş biliklər əsasında hazırlanıb və əsas istiqamət kimi, İKT sahəsində gənclərə ümumi biliklərin ötürülməsi, mobil cihazların idarə olunması, lokal şəbəkələrin yaradılması, İngilis dili və Koreya dili kimi müəyyən edilib. Smart Class layihəsinin bir başqa böyük əhəmiyyəti ondan ibarətdir ki, Gənclər Evi və “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyi tərəfindən həyata keçirilən ““Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi zamanı “Smart Class” layihəsinin imkanlarından istifadə edərək, təlimdən artıq təhsilə keçidin əsasını qoyub, həm paytaxtda, həmdə regionlarda olan gənlərə hər iki layihə daxilində tədris olunan dərsləri daha rahat və aydın şəkildə çatdırıb, onlara özlərini inkişaf etdirməyə şərait yaradacaq.

“Smart Class” layihəsi çərçivəsində hər sinifdə 25 nəfərin iştirakı üçün bütün lazımı şərait yaradılıb. Əsas hədəf kütləsi kimi isə İKT sektorunda yetişən gənclər və xarici dilə marağı olub onu interaktiv metodlarla öyrənmək istəyən gənclər kimi müəyyən edilib.

Bu layihə ölkə Prezidentinin gənclər və İKT sektorunun inkişafına dair imzaladığı Sərəncama əsasən həyata keçirilir. Bu tipli layihə gənclər sektorunda ilk dəfə olaraq baş tutur və pilot layihə kimi öz fəaliyyətinə başlayacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm