Ağdam rayonunda 20 yanvar günü qeyd edilib
Bizi izləyin

Qırmızı.az

Ağdam rayonunda 20 yanvar günü qeyd edilib

Ağdam rayonunda 20 yanvar ümumxalq hüzn günü qeyd olunub.

Tədbir, rayon ərazisinə giriş hissəsindəki “ŞƏHİDLƏR” abidə kompleksində təşkil edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı, icra aparatının üzvükləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və əlillər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən rayon ziyalıları bu qanlı faciə barəsində danışıblar.

Bldirilib ki, 20 yanvar faciəsi Azərbaycan tarixində müstəqilliyə atılan ilk addımlar zaman qanla yazılan əbədi bir tarixdir. Bu tarixi öz qanları ilə yazan şəhidlərimizin ruhu yalnız Azərbaycan torpaqlarının bütövlüyündən keçir və bu tarix o qədər də uzaqda deyil. Anım mərasimində şəhidlərin ruhuna dualar oxunub.

Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Saat 12:00 göstərərkən rayon ərazisində dalğalanan dövlət bayrağı endirilib, magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb. Avtomobillərdən bir dəqiqəlik siqnal səsləri ucaldılıb.

Ümumxalaq hüzn günü Bərdə rayonunda da qeyd edilib. Tədbir, rayon mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksində keçirilib. Hər il olduğu kimi, bu ildə yüzlərlə bərdəli abidəni ziyarət edib. Abidə önünə əklil və gül dəstələri düzüblər. Bərdə rayonunda təşkil olunan anım tədbirində bu rayonda yerləşən hərbi hissələrin əsgərləri də qatılıb.

Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, 20 yanvar şəhidlərinin öz qanları bahasına yazdıqları bu şanlı tarix, bu gün güclü Azərbaycan dövlətinin yaranması ilə nəticələnib. Şəhidlərin ruhunu yad edmək məqsədi ilə bütün rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb. Avtomobillərdən siqnal səsləri verilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm