AVP Binəqədidə tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

AVP Binəqədidə tədbir keçirib

Ana Vətən Partiyası Binəqədi rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu, Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı iştirak etmişdirlər.

Elçin Ağamalı partiya üzvlərini Binəqədi rayon təşkilatının növbəti konfransının keçirilməsi münasibətilə təbrik edərək təşkilatın işinə uğurlar arzuladı. E.Ağamalı çıxışında Ana Vətən Partiyasının keçdiyi şərəflı yolun ayrı-ayrı məqamlarını, partiyanın ideoloji prinsiplərini və siyasi xəttinin əsas istiqamətlərini konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Rəşadət Yaqublu çıxışında bələdiyyə seçkilərindən danışaraq AVP-nin hakim partiyadan sonra bələdiyyə üzvlərinin sayına görə 2-ci yer tutduğunu diqqətə çatdırdı və partiya fəallarını qarşıdan gələn bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırdı.

Konfransda təşkilatı məsələlərə baxıldı və Əliyev Fikrət Yunis oğlu AVP Binəqədi rayon təşkilatının yeni sədri seçildi. Daha sonra Binəqədi rayon təşkilatının Məclisi, Şurası, NTK-sı və digər struktur orqanlarının tərkibləri və rəhbərləri seçildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm