Türkiyəli diplomat erməni nazirin görüşdən qaçdığını açıqladı
Bizi izləyin

Qırmızı.az

Türkiyəli diplomat erməni nazirin görüşdən qaçdığını açıqladı

Türkiyəli diplomat Erənistan nazirinin Azərbaycanla görşdən qaçdığını açıqladı

"Türkiyə hər zaman Azərbaycanın yanında olacaq".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.

İndiyədək, Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladan H.Çətin deyib ki, ölkəsi bundan sonra da bu mövqeyinə sadiq qalacaq.

Sabiq nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyəti də qiymətləndirib: "Artıq münaqişənin həllinin vaxtı çoxdan keçib. Ermənistan böyük itkilər verib. Əgər Ermənistan bu münaqişənin həllini əvvəlcədən istəsəydi, o zaman bu qədər itki verməzdi. Yəni, bu gün bölgədə həyata keçirilən bir çox layihələrdə Ermənistan da yaxından iştirak edəcəkdi. Yaxşı yadıma gəlir, 1991-ci ilin 2 mayında Brusseldə NATO-nun toplantısında iştirak edirdim. O zaman ABŞ-ın xarici işlər naziri ilə mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyə çalışdıq. O zaman çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi ən tez zamanda həll edilsin və bölgədə həyata keçirilən böyük layihələrdə Ermənistan da iştirak etsin. Hətta, o zaman bu toplantıya ABŞ-ın o vaxtkı xarici işlər naziri də qatılmışdı. Çox gərgin bir vaxt idi, biz gecə saat 11.00-a qədər gözlədik. O zaman bizə məlumat gəldi ki, Ermənistan tərəfi görüşə gəlməkdən imtina edib. Bundan sonra da itirilən vaxt Ermənistan üçün pis oldu. Ermənistan çox şeyləri itirdi".

Hazırda Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayan H.Çətin ən yaxın zamanda bu işğala son qoyulmasının vacib olduğunun bildirib: "Əgər Ermənistan sülh istəyirsə, o zaman ilk olaraq 5 rayondan geri çəkilməlidir. Bundan sonra isə sülh danışıqlarına başlanılmalıdır. Bu prosesdə Türkiyənin, Avropa Birliyinin və Rusiyanın da iştirakı olmalıdır. Ermənistan prosesi nə qədər yubandırırsa, bu onun özünə zərər vurur. Bunu Ermənistan rəhbərliyi anlamalıdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm