İntiqam Babayev "nurçu" olması barədə iddialara cavab verdi
Bizi izləyin

Qırmızı.az

İntiqam Babayev "nurçu" olması barədə iddialara cavab verdi

Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev "nurçu" olması barədə iddialara cavab verib.

Trend xəbər verir ki, jurnalistlərə açıqlama verən İ.Babayev bəzi mətbuat orqanlarında yer alan bu iddiaların gülüşlə qarşılandığını bildirib:

"Mənim gülüşüm buna cavabdır. Biz azad cəmiyyətdə yaşayırıq və mətbuat sərbəst şəkildə hər şeyi yaza bilər. Əgər həmin mətbuat orqanı belə məlumat yayıb özünu ciddi orqan hesab edirsə, bunun arxasında hansısa konkret faktlar dayanmalıdır".


"Nurçu" cərəyanına aidiyyəti olmadığını deyən İ.Babayev nazir müavini kimi öz işi ilə məşğul olduğunu bildirib: "Bu gün üçün onu deyə bilərəm ki, mənim "nurçu" hərəkatı ilə heç bir əlaqəm yoxdur. Mən öz ölkəmizdə öz vəzifəmdə, gənclərimizin inkişafına yönələn siyasətin həyata keçirilməsində iştirak edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm