Azərbaycan 12 İran vətəndaşını qaytardı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan 12 İran vətəndaşını qaytardı

Azərbaycanda cəza çəkən daha 12 İran vətəndaşı ölkəsinə qaytarıldı

Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən daha 12 İran vətəndaşı Astara keçid məntəqəsindən İran məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.

Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

M.Molayi deyib ki, son aylarda iki ölkənin münasibətlərində müsbət ab-havanın yaranması, İranın Azərbaycandakı səfirliyinin səyi və Azərbaycan hökumətinin əməkdaşlığı ilə son bir ay ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkəyə qaytarılıb və daha 35 nəfərin yaxın bir ay ərzində İrana qaytarılması razılaşdırılıb.

O, qeyd edib ki, bu gün qaytarılan məhbuslardan üçü qadındır.

Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 150-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasına görə həbs olunub.

Qeyd edək ki, ötən həftələr ərzində İranda cəza çəkən 5 Azərbaycan vətəndaşı ölkəmizə qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm