Nazim İbrahimov Dağlıq Qarabağdan DANIŞDI- FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nazim İbrahimov Dağlıq Qarabağdan DANIŞDI- FOTOLAR

Nazim İbrahimov mətbuat konfransı keçirdi - FOTOLAR

Bu gün axşam Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

"Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə daha çox yer verilib".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransında çıxışı zamanı Komitə sədri Nazim İbrahimov bildirib.

Forumda Qarabağla bağlı bir sıra təkliflərin və tələblər səsləndirildiyini vurğulayan N.İbrahimov deyib: “Nəzərə alaq ki, bu Forumda söylənən fikirlər bəyanatlara bərabərdir və bəyanatlar qədər əhəmiyyət daşıyır. Biz bu istiqamətdə də işlərimizi davam etdirəcəyik”.

****

Publika.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib ki, forumun bu cür yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olub. O, əvvəlki illərlə müqayisədə builki forumda daha böyük nailiyyətlər əldə olunduğunu söyləyib: “Forum çərçivəsində həllini tapmayan problemlər üzə çıxdı. Bunlardan bir hissəsi də “dondurulmuş münaqişələr”dir. Bunlar Dağlıq Qarabağ, Dnestryanı münaqişələr, o cümlədən Ukraynada baş verənlərə aiddir. Sessiya zamanı biz həll variantlarının tapılması üçün müzakirələr apardıq və təkliflər səsləndirdik. Təkliflərin nəticəsi odur ki, beynəlxalq təşkilatlar daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər”.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov isə deyib ki, artıq paytaxt Bakı şəhəri qlobal məsələlərin həll olunduğu bir mərkəzə çevrilib: "Qərar verilib ki, toplantıya gələn təşkilatların arzusu olarsa, Azərbaycan hər il bu cür forumlara ev sahibliyi etməyə hazırdır".

N.İbrahimov bu ilin oktyabr ayında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcəyini də söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm