Azərbaycanda 73 avtomobil oğurlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 73 avtomobil oğurlanıb

Bu il Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 73 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 53-ü tapılıb.

İdarədən Trend-ə verilən məlumata görə, cinayətkarlıqla mübarizə tədbirləri nəticəsində DYP əməkdaşları tərəfindən 2014-cü ilin ilk 3 ayı ərzində 1 ədəd avtomat ("Kalaşnikov" tipli), 1 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan 22 avtomobil saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Rüb ərzində polisin digər xidmətləri ilə birgə 17 fakt üzrə 7 kiloqrama yaxın (o cümlədən 515,06 qram marixuana, 2,25 qram heroin, 2,6 qram tiryək, 6 kq 77 qram həşiş qatranı, 0,7 qram kafein) narkotik maddə aşkar olunub.

BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm