Latviyanın sabiq prezidenti Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış etdi
Bizi izləyin

Qırmızı.az

Latviyanın sabiq prezidenti Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış etdi

Latviyanın sabiq prezidenti Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış etdi

"Beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır".

Publika.az-ın məlumatına görə, belə bir çağırışla Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa çıxış edib.

O deyib ki, bununla bağlı BMT-nin faktiki qətnamələri var və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur: "Ona görə də açıq deyirəm: istədikləri formatdan, istər ikilik, istər üçlük, istər dördlük, ümumiyyətlə, istədikləri musiqili ansambldan istifadə etsinlər, amma bu münaqişə həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim dövlətin də mövqeyidir. Mən prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm