Qırmızı.az
Azərbaycanda 73 avtomobil oğurlanıb
Bu il Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 73 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 53-ü tapılıb.
İdarədən Publika.az-a verilən məlumata görə, cinayətkarlıqla mübarizə tədbirləri nəticəsində DYP əməkdaşları tərəfindən 2014-cü ilin ilk 3 ayı ərzində 1 ədəd avtomat ("Kalaşnikov" tipli), 1 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan 22 avtomobil
saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına
göndərilib.
Rüb ərzində polisin digər xidmətləri ilə birgə 17 fakt üzrə 7 kiloqrama yaxın (o cümlədən 515,06 qram marixuana, 2,25 qram heroin, 2,6 qram tiryək, 6 kq 77 qram həşiş qatranı, 0,7 qram kafein) narkotik maddə aşkar olunub.
BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı