Mətbuat Şurasından jurnalistlərə ŞAD xəbər var
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurasından jurnalistlərə ŞAD xəbər var

Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzeti Heydər Əliyevin anadan olmasının 91-ciildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Mətbuat Şurasından Publika/az-a verilən məlumata görə, Mətbuat Şurasında müsabiqə çərçivəsində yazıların qəbuluna mayın 1-də başlanacaq və yazıların qəbulu üçün ayrılan müddət mayın 31-də bitəcək.

Müsabiqənin nəticələri iyunun 10-dək açıqlanacaq.

Qaliblər pul mükafatı (I yer (3) - 800 manat, II yer (3) - 500 manat, III yer (3) - 300 manat) ilə mükafatlandırılacaqlar.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm