Sərxoş qadın sürücü Bakıda qəza törətdi
Bizi izləyin

Qırmızı.az

Sərxoş qadın sürücü Bakıda qəza törətdi

Bakıda sərxoş halda sükan arxasına keçən xanım sürücü yol qəzası törədib. Paytaxtın Səbael rayonu ərazisində qeydə alınan hadisə zamanı Talışınskaya Lalə Ramiz qızı idarəetdiyi “Hyundai” maraklı minik maşını ilə Məmmədov Kamran Vaqif oğluna məxsus “Toyota

Bakıda sərxoş halda sükan arxasına keçən xanım sürücü yol qəzası törədib. Paytaxtın Səbael rayonu ərazisində qeydə alınan hadisə zamanı Talışınskaya Lalə Ramiz qızı idarəetdiyi “Hyundai” maraklı minik maşını ilə Məmmədov Kamran Vaqif oğluna məxsus “Toyota” markalı maşın toqquşub.

Yol patrul xidməti əməkdaşlarının verdiyi məlumata görə, hadisə vaxtı xanım sürücü sərxoş vəziyyətdə Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olub. Lakin içkinin təsirindən diqqətini toplaya bilməyən xanım yolun Rəşid Behbudov küçəsi ilə kəsişməsindəki işıqforun qadağan edici tələbinə məhəl qoymayaraq yoluna davam etmək istəyib. Bu da sonda qəzanı qaçılmaz edib.

Hadisə şahidlərinin sözlərinə görə isə, xanım sürücü qəzadan öncə, yəni işıqfora qədər olan müddət ərzində maşını bir neçə dəfə bardürlərə də çırpıb.

Hadisə zamanı xanım sürücü və maşınında olan digər bir xanım yüngül bədən xəsarətləri alıb. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib.

Qəzanın təfərrüatları isə səbəil rayon polis idarəsində araşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm