SOS! Azərbaycanın 34 rayonunda Mərakeş çəyirtkəsi aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

SOS! Azərbaycanın 34 rayonunda Mərakeş çəyirtkəsi aşkarlanıb

SOS! Azərbaycanın 34 rayonunda Mərakeş çəyirtkəsi aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Kürdəmir, Zərdab, Hacıqabul, Ağsu, Şamaxı və Qobustan rayonlarında monitorinqlər aparıblar.

Məqsəd kənd təsərrüfatı bitkiləri üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələrinin yayılma ehtimalını öyrənmək və bu ziyanvericilərə qarşı təxirəsalınmaz tədbirlər görməkdir.

Respublika bitki mühafizəsi mərkəzinin rəisi Camal Quliyevin verdiyi xəbərə görə, Mərakeş çəyirtkələrinə Azərbaycanın 34 rayonunda rast gəlinib Adətən sürü halında hərəkət edən bu ziyanvericilər qarşılarına çıxan hər şeyi - taxılı, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını belə məhv edir.


Respublikanın 14 rayonunda mübarizə tədbirlərinə başlanılıb və bu məqsədlə 7 qərargah yaradılıb. Çəyirtkələrin məhvi üçün kifayət qədər texnika və dərman preparatı ayrılıb.


Ağsu rayonunun Padarqışlaq, Şamaxı və Qobustanın cənub düzən ərazilərində, Kürdəmirin, Hacıqabulun qışlaq ərazilərində monitorinqlər nəticəsində aşkar edilən çəyirtkə sürülərinin məhvi üçün mütəmadi tədbirlər görülür. Bunun nəticəsidir ki, həmin ərazilərdəki taxıl sahələrinə, eləcə də digər kənd təsərrüfatı bitkilərinə zərər dəyməyib.


Fermerlər və torpaq mülkiyyətçiləri Mərakeş çəyirtkələrinə qarşı dövlət tərəfindən aparılan operativ və səmərəli mübarizəyə görə razılıq edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm