Yunusovların qrant monopoliyasının sonu - ŞOK FAKTLAR
Bizi izləyin

Qırmızı.az

Yunusovların qrant monopoliyasının sonu - ŞOK FAKTLAR

Yunusovların qrant manapoliyasının sonu - ŞOK FAKTLAR

Onların dili ilə desək, ötən gün ölkə ictimaiyyətini növbəti qalmaqal silkəldi. Ancaq bu qalmaqalın əsas və baş qəhrəmanları çoxdan bizə bəlli olan personalar idi - Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus.

Fəaliyyətinin bütün dövrlərində antimilli və antiazərbaycan mövqeyi ilə tanınan Leyla Yunus və Arif Yunus özlərini cəmiyyətə "hüquq carçısı" kimi sırımağa çalışırlar.

Qısa müddətdə Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsi istisna olmaqla, Leyla Yunus əsasən Sülh və Demokratiya İnstitutunun rəhbəri kimi illər boyu bu cür hay-küylü hərəkətləri ilə gündəmdə qalıb. Ermənilərin dəyirmanına su tökənlərin siyahısının ən başında yer alan Leyla Yunus dəfələrlə Azərbaycan cəmiyyəti qarşısında ifşa olunub. Və olunmaqda da davam edir.

Zaman-zaman Azərbaycan cəmiyyətində guya ki, "narazı təbəqə"nin müdafiəçisi kimi çıxışlar edib və bunun hesabına xaricdən saysız-hesabsız qrantlar alan Leyla Yunusun əsl "amacı" nə? Doğrudanmı Leyla Yunus və onun sevimli "hay"ı Arif Yunusun əsl istəyi insan hüquqları və demokratiyadır? Bəs elədirsə, o zaman nə üçün Leyla Yunus və əri Azərbaycan dövlətinin milli maraqlarının təhlükə qarşısına atılması müqabilində şəxsi mənafeyini realizə etmək kimi “müqəddəs” missiyanı üzərilərinə götürüblər?

Əslində, onlar üçün fərqi yoxdur ki, kim-kimdir. Onlara yaxşı pul təklif olunan yerdə azərbaycanlılar üçün qəfil düşmənə də çevrilə bilir. Ortalıqda yaxşı qrant pulları varsa, o zaman Leyla Yunusun da əsl düşməni əli azərbaycanlı qanına bulanmış erməni deyil, əksinə, azərbaycanlılardır.

Özlüyündə "qəhrəmanlıq" obrazı yaratmış bu şəxslərin əslində cəmiyyətə hələ bəlli olmayan "şəxsi keyfiyyətləri" də mövcuddur. Çalışacam ki, bu "şəxsi keyfiyyətləri" barədə sizləri də agah edim.

Yunusovlardan söhbət açarkən Leyla Yunusun gözdən iraq fəaliyyətindən danışmamaq olmur. O, həmin Leyla Yunusdur ki, bir vaxtlar Azərbaycanın Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin rəhbəri vəzifəsində işlədiyi dövrdə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərlə bağlı müxtəlif videolentləri, məlumatları və fotomaterialları Rusiya tərəfinə ötürürdü. Bəlkə də çoxları Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun əsl məqsədi, yaranması və indiyədək fəaliyyəti barədə bu məlumatlara malik deyil. Ancaq apardığım kiçik araşdırma nəticəsində ortalığa çox maraqlı faktlar çıxıb. Sən demə, Leyla Yunus "Sülh və Demokratiya İnstitunu" Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı olan Nikolas Daniloff adlı şəxsin təlimatı ilə yaradıbmış.

Adını qeyd etdiyim Nikolas Daniloff 1986-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA - Central Intelligence Agency) aidiyyatı olduğu üçün SSRİ-dən arzu olunmaz şəxs ("persona non-grata") elan edilərək ölkədən çıxarılıb.

Mövzunu araşdırararkən daha bir maraqlı faktı ondan ibarət idi ki, Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və qardaşı Ramiz Yunus birlikdə Moskvada yaşayan milliyətcə erməni, Rusiya dövlət strukturlarında Qafqaz problemləri ilə məşğul olan və analitik informasiya mərkəzində çalışan dayıları ilə mütəmadi əlaqə saxlayaraq, ondan təlimatlar alıblar. Həmin vaxtda Arif və Ramiz Yunusun dayısı özünü ətrafda Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edirdi. Hətta, Azərbaycandakı fəaliyyətlərini "pərdələmək" üçün Leyla Yunus Nikolas Daniloffun həyat yoldaşı olan Rut Daniloffla rəfiqəlik etməyə də başlayıb və keçirdiyi vaxtaşırı görüşlərini eyni dostluq münasibətləri kimi təqdim etməyə çalışıb.

Digər maraqlı fakt ondan ibarətdir ki, Yunusovlar dayılarının göstərişi və maliyyə dəstəyi ilə müxtəlif layihələr adı altında ahısqa türklərinin Gürcüstanın Cavaxetiya rayonunda yerləşdirilməsinin mümkünsüz olduğunu bildiriblər. Hətta, bu barədə kitab da dərc ediblər. Sözsüz ki, burada onların əsas məqsədi həmin ərazidə yaşayan ermənilərin mövqelərinin möhkəmlənməsinə xidmət etmək idi. Və başqa cür də gözlənilmirdi.

Yunusovların azərbaycanlılara bu qədər qənim kəsilməsini və azərbaycançılıq dəyərlərinə naxələf olmasını sübut edən çox faktları söyləmək olar. Misal üçün, 1990-cı ilin qanlı 20 yanvar hadisələri zamanı yaralananlara dərman göndərmək üçün bir qrup azərbaycanlı pul vəsaiti toplayır və həmin vaxtı Moskvadakı havadarlarının vasitəsilə Yəməndə ezamiyyətdə olmuş Ramiz Yunusa da kömək üçün müraciət olunur. Ancaq Ramiz Yunus yardım etməkdən qəti olaraq imtina edir.

Yunusovların ermənilərlə iş birliyinə gəlincə, bu gün Leyla Yunusun və ərinin ermənilərlə əlaqəsi və işbirliyi heç kəsə sirr deyil. Hətta, Leyla Yunus özü də bunu dəfələrlə etiraf etməkdən çəkinməyib.

Yunusovları yaxşı tanıyan və bir vaxtlar onlarla bir yerdə çalışmış insanlar da deyir ki, Leyla Yunusun əri Arif Yunusun anası təmiz ermənidir. Özü də Arif Yunusun anasının əsl adı Arşalyus Arsenovna olub.

Doğrusu, Yunusovların bu qədər ermənilərə yaxın olması məni bir qədər təəccübləndirdi. Ona görə yox ki, mən buna inanmıram. Sadəcə ona görə ki, neçə illərdir "qulağımızın dibində" gəzən və gecə-gündüz erməniləri təbliğ edən bu "daşnakçılar" nə əcəb hələ də sərbəst dolaşır.

Fikir verin, Arif Yunusun qardaşı Ramiz Yunus bir vaxtlar Dövlət Ekologiya və Mineral Ehtiyatlar Komitəsində işlədiyi dövrdə erməni millətçisi Qarri Kasparovun fotoşəkilini oturduğu kürsüsünün üzərində vuraraq, onunla yaxın əlaqələrə malik olduğunu fəxarətlə ətrafındakı adamlara bəyan edirdi. Ancaq sonradan Ramiz Yunus əslən erməni olan anası Arşalyus Arsenovna Arşalyusu Aysiyyat Yasər qızı adına sənədlər almış və əslən dağıstanlı kimi təqdim etməyə çalışıb. Bu hələ son deyil.

Araşdırmamız davam edir...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm