Çingiz Abdullayev gəncəlilərin qonağı olub
Bizi izləyin

Qırmızı.az

Çingiz Abdullayev gəncəlilərin qonağı olub

Dedektiv yazıçısı Çingiz Abdullayev gəncəlilərin qonağı olub

Dünyaşöhrətli yazıçı, dedektiv əsərləri ilə böyük oxucu kütləsi qazanan xalq yazıçısı Çingiz Abdullayev respublikanın ilk “Gənclər Paytaxtı”, Avropanın 2016- cı ildə “Gənclər Paytaxtı” Gəncə şəhərində oxucuları ilə görüşüb.

29 aprel 2014-cü il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Qərargahında baş tutan görüşdə şəhər ictimaiyyəti, gənclər, ali və orta təhsil müəssisələrinin nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri “Odlar Yurdu” GİB sədri Nigar Ələsgərova açaraq qonaqları salamlayıb. Belə bir tədbirin keçirilməsinə dəstək olduğu üçün Gəncə şəhər rəhbərliyinə gənclər və tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, gənc şair Xəyal Rza çıxış edərək bu tədbirin gənclər üçün, onların kitab oxumağa həvəslərinin artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini söylədilər.

Tədbir Çingiz Abdullayevlə maraqlı müzakirələr, sual- cavab, səmimi söhbət mühitində davam edib. Yığıncaqda həmçinin, yazıçının əsərləri müzakirə olunub. Yazıçı öz həyat təçrübəsini gənclərlə paylaşıb. Görüş iştirakçıların böyük marağına səbəb olub.

Sonda xatirə şəkilləri çəkilib.

Yüzlərlə gəncin, oxucunun arzusunda olduğu görüşün keçirilməsində əsas məqsəd görkəmli yazıçının tövsiyələrindən faydalanan gənclərin dünyagörüşünün inkişafına, onların asudə vaxtını səmərəli təşkil etməklə maariflənmələrinə münbit şərait yaratmaqdır.

Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. Rus, ingilis, italyan dillərində sərbəst danışır. “Şöhrət” ordenli böyük alim Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyada məşhur dedektiv yazıçısı və publisistdir. 193 kitabın müəllifi olan yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.

Qeyd edək ki, Çingiz Abdullayev Gəncəyə gələrkən Qala Qapıları- Arxeologiya və Etnoqrafiya Muzeyində olub, Nizami Gəncəvi Məqbərəsi və Muzeyini ziyarət edib, Məhsəti Gəncəvi Mərkəzi, Heydər Əliyev Park Kompleksi və ulu öndərin xatirəsinə ucaldılmış möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanış olub. Gəncənin tanınmayacaq qədər gözəlləşdiyini və yüksək sürətlə inkişaf etdiyini söyləyən xalq yazıçısı Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncədəki möhtəşəm yeniliklərdən böyük fərəh hissi keçirdiyini bildirib.

"Yeni Gəncə" qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm