Azərbaycanda əsgər güllələnib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda əsgər güllələnib

Azərbaycanda əsgər hərbi xidmət yoldaşını güllələyib.

Aprelin 29-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində silahlı insident baş verib. Belə ki, Müdafiə Nazirliyinin cəbhənin Beyləqan rayonu istiqamətində yerləşən N saylı hərbi hissəsində əsgər Cavid Mirzəyev digər əsgər yoldaşı Nəsimi Rüstəmovu avtomat silahdan atdığı atəş nəticəsində yaralayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Trend-ə təsdiq edərək bildiriblər ki, hadisə əsgər Cavid Mirzəyevin təhlükəsizlik qaydalarını pozaraq silahla ehtiyatsız davranması nəticəsində baş verib. Hazırda yaralı əsgər Nəsimi Rüstəmov hərbi hospitaldadır, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm