10-dan çox rayonda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

10-dan çox rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki xidmət işlərinin aparılması ilə əlaqədar bu gün saat 18:00-dək Quba rayonuna və Füzuli rayonunun bir hissəsinə təbii qaz məhdudiyyətlərlə veriləcək.

Həmçinin orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 17:30-dək Şabran rayonunun bir hissəsinə, orta təzyiqli qaz kəmərinin korroziyaya uğramış hissələrinin dəyişdirilməsi ilə əlaqədar saat 17:00-dək Qusar rayonuna, orta təzyiqli qaz xətti üzərində qaztənzimləyici qurğuların quraşdırılması, qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, "Qaradağ-Digah" magistral qaz kəmərində təmir işlərinin aparılması və qazpaylayıcı stansiyada baypas xətlərinin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Şamaxı, Qazax, Səbail, Qaradağ və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Bundan əlavə, yaşayış binasına təbii qazın açılması ilə əlaqədar saat 11:00-dan Nizami rayonunun bir hissəsinə, yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 11:00-dan 12:30-dək Nərimanov rayonunun bir hissəsinə, həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar saat 12:00-dək Ağdam rayonunun bir hissəsinə, saat 11:00-dan saat 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Suraxanı və Abşeron rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Beyləqan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm