SMPDK müsahibə elan edir
Bizi izləyin

Qırmızı.az

SMPDK müsahibə elan edir

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsini Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi və sınaq laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.

SMPDK-nin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, müsahibə radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına - mütəxəssis, təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına - mütəxəssis, elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına - mütəxəssis, asfalt-beton məhsullarının sınaq laboratoriyasına - mütəxəssis sahələri üzrə vakant yerlərin tutulması üçün keçirilir.

Müsahibəyə müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla, ölçmə cihazlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik, həmçinin xarici dillərdən ən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman) ali təhsilli, ixtisaslı mütəxəssislər dəvət olunur.

Müsahibədə iştirak etmək üçün ərizə, şəxsiyyəti təsdiq edən sənətin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletin surəti, ali və sonrakı təhsil haqqında sənətin surəti, əmək kitabçasının surəti, sosial sığorta şəhadətnaməsinin surəti, sağlamlıq haqqında arayış, 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil tələb edilir.

Müsahibədə iştirak etmək istəyənlər sənədləri əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinə aprelin 5-dən 16-dək, həftənin I-V günləri saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm