Qızları qaçıraraq 15 dollara satdılar - FOTO
Bizi izləyin

Qırmızı.az

Qızları qaçıraraq 15 dollara satdılar - FOTO

2 həftə bundan əvvəl Nigeriyada məktəbli qızlar qaçırılıb və iddia olunur ki, onlar hərəsi 15 dollardan cihadçılara satılıb.

Yeniyetmə qızların məktəbdən Boko Haram adlı bir silahlı qrup tərəfindən qaçırılaraq Kamerun və Çad Respublikalarına aparıldığı ehtimal olunur. İcma başçısı bildirir ki, qızların bəziləri İslam hərbiçilərinə zorla ərə verilib, digərləri isə qul qismində satılıb.

16-18 yaşlı qızlar 14 aprel tarixində məktəb yataqxanasından qaçırılıb. Rəsmi məlumatlarda qızların sayının 85 olduğu deyilirdi, lakin sonradan 234 nəfərin qaçırıldığı məlum olub. Bu gün qəzəblənmiş valideynlər paytaxt Abuca küçələrində nümayiş keçirib.

Xatırladaq ki, Boko Haram qruplaşmasının qadınları qaçıraraq seks quluna çevirmək halları ilk dəfə deyil. Qrup Qərb dəyərlərini rədd edir və ölkənin şəriət qaydaları ilə idarə olunmasını tələb edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm